Rövnəq Abdullayev yeni idarə yaratdı

rovneq-abdullayev-yeni-idare-yaratdi
Oxunma sayı: 644

TTSİ Sosial İnkişaf İdarəsinin Təlim, Tədris və Sertifikatlaşdırma Departamentinin və Xəzər Dəniz Neft Donanmasının Dənizdə insan həyatının mühafizəsi üzrə Təlim Mərkəzinin maddi-texniki bazası əsasında fəaliyyət göstərəcək.

Yeni yaradılmış idarə sazişlər əsasında neft sənayesi və respublikanın digər sənaye sahələri üçün yüksək ixtisaslı fəhlə kadrlarının hazırlanması, peşələr üzrə təlim-tədrisin beynəlxalq standartların tələbləri səviyyəsində qurulması, sənayenin və cəmiyyətin ehtiyaclarını ödəyən yüksək keyfiyyətli təlimlərin təşkili, sertifikatlaşdırma və beynəlxalq standartların nəzəri əsaslarının həyata keçirilməsində metodiki və texniki xidmətlərin göstərilməsi və digər məsələlərlə məşğul olacaq.

İdarənin rəhbəri vəzifəsinə Fuad Süleymanov təyin edilib.