Rövnəq Abdullayevdən “Neftçi”yə sərt - Cavab

rovneq-abdullayevden-neftciye-sert-cavab
Oxunma sayı: 637

”Qafqazinfo” xəbər verir ki, bununla əlaqədar AFFA-nın prezidenti Rövnəq Abdullayev affa.az saytına fikirlərini bildirib: "Ölkə çempionatında idman mübarizəsi get-gedə gərginləşir. Mövsümün sonu yaxınlaşdıqca komandalar arasında rəqabət artır. Amma təəssüf ki, bəzən xoşagəlməz hallarla da rastlaşırıq. "Neftçi" - "Qarabağ" oyununda baş verən hadisələr futbolumuza başucalığı gətirmir. Azarkeşlərin səsləndirdiyi nalayiq ifadələr, etik normalara sığmayan hərəkətlər təəssüf doğurur. "Neftçi" klubunun məşqçilərinin oyunun fasiləsində və qarşılaşma başa çatdıqdan sonra etdiyi hərəkətlər və səsləndirdiyi fikirlərlə də tanışam. AFFA-nın İntizam Komitəsi bununla bağlı müvafiq qaydada qərarlar qəbul edib və hesab edirəm ki, İntizam Komitəsinin mövqeyi haqlıdır. Bilirəm ki, bu qərarlarla bağlı "Neftçi" klubu Apellyasiya və Ekspert Komitəsinə şikayət edib. Amma klub rəsmilərinin və məşqçilərin nədən narazı qaldığı, sözün doğrusu, mənim üçün bir qədər anlaşılmazdır. Düşünürəm ki, AFFA-nın çıxardığı haqlı qərarlara etiraz etməkdənsə, "Neftçi" klubunun məsul şəxsləri öz hərəkətlərinə və açıqlamalarındakı ifadələrə daha diqqətlə yanaşmalı, ölkə çempionatının Əsasnaməsinin tələblərinə uyğun davranmalıdırlar. Əks-təqdirdə, intizam qaydalarına uyğun olaraq kluba və klub rəsmilərinə qarşı daha ciddi sanksiyalar tətbiq oluna bilər”.