Rövnəq Abdullayevə 280 milyon borcu var

rovneq-abdullayeve-280-milyon-borcu-var-
Oxunma sayı: 3978



“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında şirkətin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov deyib.
 
S. Qasımov bildirib ki, ümumi borcdan 1,1 mlrd. dolları kapital qoyuluşunun, 1 mlrd. dolları isə  kommersiya təşkilatlarına olan borcun payına düşür.
 
“Şirkətin cəlb etdiyi vəsaitlər böyük layihələrə qoyulub. Türkiyədəki layihə üçün 1 milyard dollardan çox, Bakıdakı Gəmiqayırma zavodunun tikintisi üçün 1 milyard dollara qədər Neft Fondundan vəsait götürülüb. “Azəri-Çıraq-Günəşli” layihəsindən 1,67% pay almaq üçün 485 milyon dollara qədər vəsait cəlb olunub. TANAP, TAP, “Şahdəniz 2” layihəsi üçün yaranan şirkətə Neft Fondunun büdcəsindən vəsait ayrılıb”, - deyə o bildirib.
 
ARDNŞ-a olan borclara toxunan S. Qasımov bildirib ki, şirkətə ən çox borcu olan “Azərenerji” ASC-dir ki, bu məbləğ 280 mln. manata çatıb.