Rövnəq Abdullayevin ilk gəmisi

rovneq-abdullayevin-ilk-gemisi
Oxunma sayı: 649

İstismara təhvilvermə mərasimində ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev iştirak edib.

Gəmi alyansın "BP Azerbaijan" şirkəti ilə imzaladığı müqavilə əsasında Xəzərə buraxılan sayca 16-cı gəmidir.

Gəminin uzunluğu 73,4 metr, eni 16 metrdir. Əsas mühərriklərin gücü 6300 at gücüdür.

"Caspian Provider" gəmisi bu gündən "Azəri-Çıraq-Günəşli" neft yataqları blokunda və "Şahdəniz" qaz-kondensat yatağındakı platformalarda xidmət göstərməyə başlayacaq.

2012-ci ildə "BP Azerbaijan" şirkətinə xidmətlərin göstərilməsi üçün Bakıya iki yedək-təchizat gəmisinin gətirilməsi planlaşdırılır.

R. Abdullayev bildirib ki, Azərbaycanda inşa olunan gəmiqayırma zavodundan ilk gəmi 2013-cü ilin ortalarında suya buraxılacaq.
O deyib ki, hazırda Xəzər dənizində neft-qaz hasilatının artırılması səbəbindən işlər də artıb və Azərbaycanın yeni gəmilərə ehtiyacı yaranıb.

Azərbaycanda inşa olunan gəmiqayırma zavodundan danışan ARDNŞ prezidenti bildirib ki, indiyədək Azərbaycan gəmiləri xaricdən alırdısa, 2013-cü ildən etibarən gəmilər artıq Azərbaycanda inşa olunacaq: «Xəzər hövzəsində indiyədək belə bir zavod olmayıb. Zavoddan ilk gəmi 2013-cü ilin ortalarında suya buraxılacaq».