Rövnəq Abdullayevin tələbəlik - Fotosu

rovneq-abdullayevin-telebelik
Oxunma sayı: 1458

SOCAR, AFFA və Azərbaycan Cüdo Felerasiyasının prezidenti Rövnəq Abdullayevin maraqlı gənclik şəkli üzə çıxıb.

“Qafqazinfo” sportinfo.az-a istinadən xəbər verir ki, foto düz 35 il əvvəl - 1982-ci ildə çəkilib.
 
O vaxt Rövnəq Abdullayev İnşaat Mühəndislər İnstitutunun I kursunda oxuyurmuş  və institutun yataqxanasında qalırmış.
 
1983-cü ildə isə o, hərbi xidmətə yollanıb və 1985-ci ildə ordu sıralarından qayıtdıqdan sonra köçürmə yolu ilə Kuybışev adına Moskva İnşaat Mühəndisləri İnstitutuna göndərilib.
 
Fotonu redaksiyaya göndərənlərin yazdığına görə, şəkildəki soldakı şəxs - Rövnəq Abdullayevin Bakıda yataqxanada qaldığı zaman onunla otaq yoldaşı olmuş, Şəkidə doğulan Azər Həmidovdur.