“Rövnəq Abdullayevin xahişiylə...”

rovneq-abdullayevin-xahisiyle
Oxunma sayı: 644

Bu sözləri Qol.Az-a açıqlamasında "Xəzər Lənkəran" klubunun vitse-prezidenti Tuyqun Nadirov deyib.

T.Nadirov Kamranın yenidən komandaya qaytarılmasının mümkünsüz olduğunu bildirib: "Təbii ki, bu olaydan sonra onun komandaya qaytarılması mümkünsüzdür. Sadəcə, onun hansısa bir komandaya keçidindən söhbət gedə bilər. Kamran Ağayev müqavilə ilə "Xəzər Lənkəran"a məxsusdur və bizim də müəyyən öhdəliklərimiz var ki, onu yerinə yetirməliyik. Bu öhdəliklər FİFA-nın reqlamentində də öz əksini tapıb".