Rövşən Almuradlı vəfat etdi

rovsen-almuradli-vefat-etdi
Oxunma sayı: 4424

Tanınmış rejissor və ssenarist Rövşən Almuradlı dünyasını dəyişib.  “Qafqazinfo” xəbər verir ki, o, bu gün 64 yaşında vəfat edib. 

Rejissorun dostları sosial şəbəkələrdə onun fotolarını paylaşaraq ailə üzvlərinə başsağlığı veriblər. 

Qeyd edək ki, bir müddət əvvəl R. Almuradlının ürək və ağciyərində problem yaranmış, xəstəxanaya aparılmışdı.