Rövşən Civişov etiraz edir

rovsen-civisov-etiraz-edir
Oxunma sayı: 702

“Bütün dəyərlər itib, bu gün təqdim olunan mükafatlar da öz dəyərini itirib. Bu mükafatların bir çoxu sənətdə təsadüfi olan, müğənnilik siyahısında adı olmayan müğənniciklərə, yağışdan sonra çıxan göbələyə bənzəyən qeyri-profesionalların cızmaqarasına, ifaçılıq baxımından da sənəti olmayan dırnaqarası sənətkarlara verilir”.

İfaçı daha sonra Flora Kərimovanın da mükafata layiq görülənlərin siyahısında yer almamasından gileylənib: “Səsi ilə sözün əsl mənasında hər kəsi heyran qoyan Flora Kərimova nədənsə bəzi təşkilatların diqqətindən kənarda qalır. Həmin təşkilatlar yalnız bir qrup insanlara xidmət edir. Belə təşkilatlar mükafatı mənim Flora xanımla birgə ifa etdiyim, dillər əzbəri olan duetlərimə yox, tanınmamış, sənətdə hələ də heç bir iş görməyən gənc ifaçılara verir. Mən dahi sənətkar İslam Rzayevdən dərs alaraq, xalq mahnılarının sirlərini öyrənmişəm. Flora xanımdan isə estradanın sirlərinə yiyələnmişəm. Zeynəb xanımdan dəstək almağım, Flora xanımla duetlər oxumağım mənim nə cür ifaçı olmağımdan xəbər verir. Mən bu gün şou-biznesdə təqdim olunan bütün mükafatlara şübhə ilə yanaşıram. Pul naminə də mükafat verirlir. Şəxsən mənə pul naminə mükafat versələr, o, gözümdə zibil qədər dəyərsiz görünər”.

Rövşən Civişov daha sonra Bolqarıstanda layiq görüldüyü mükafat haqda danışıb: “Mən Bolqarıstanda 21 ölkə arasında təşkil olunan “Discoveri” müsabiqəsində Avropanın ən dəyərli münsiflər heyəti tərəfindən “Ən istedadlı, perspektivli ifaçı” adına layiq görülmüşəm. Sadaladığım mükafatlar bu mükafatın yanında heç nədir. Bu ölməyən tarixə yazılan duetləri bir daha dinləyib, kimin haqlı, kimin haqsız olduğunu anlaya bilərsiniz”.