Rövşən Əhmədova 8 il 3 ay iş verildi

rovsen-ehmedova-8-il-3-ay-is-verildi
Oxunma sayı: 2400

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun müşaviri olmuş Çingiz Baxşıyevin 800 min manatlıq qızılını mənimsəməkdə təqsirləndirilən Rövşən Əhmədovun apellyasiya məhkəməsi yekunlaşıb. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Apellyasiya Məhkəməsinin hakimi Əmir Bayramovun icraatında olan prosesdə bəraət hökmü ləğv edilib və R.Əhmədov 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

R. Əhmədov son bir neçə iclasa gəlmədiyi üçün həbs edilmişdi.

Məlumat üçün bildirək ki, R.Əhmədova Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin hökmü ilə bəraət verilib və məhkəmə zalından azadlığa buraxılıb. Baş Prokurorluq və zərərçəkən Ç.Baxşıyev hökmdən apellyasiya şikayəti veriblər və R.Əhmədovun barəsində azadlıqdan məhrumetmə cəzası seçilərək həbs edilməsini istəyiblər.

Qeyd edək ki, Çingiz Baxşiyev nəqliyyat nazirinin sabiq müşaviri olub. Bundan əvvəl isə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsində işləyib. O, şikayət ərizəsində qeyd edib ki, bütün ömrü boyu işləyib yığdığı bir banka qızılı saxlaması üçün qohumu Rövşən Əhmədova verib. Sonra isə R.Əhmədov həmin qızılları mənimsəyib. Məhkəmədə ifadə verən R.Əhmədov isə qızılları Ç.Baxşıyevin qızına verdiyini deyib. 

Murad Əhməd