Rövşən Lənkəranski Bakıda saxlanılıb

rovsen-lenkeranski-bakida-saxlanilib-
Oxunma sayı: 1244

Kriminal aləmin məşhur simalarından olan Rövşən Lənkəranskinin (Canıyev) Bakıda olması haqda informasiya dərc etmişdik. Sözügedən məqalədə kriminal avtoritetin Azərbaycana növbəti doğum gününü qeyd etməyə gəldiyini və bundan sonra isə hüquq-mühafizə orqanlarınin onu axtarışına başladığını qeyd etmişdik.

Qeyd etmişdik ki, onun gəlişində başqa məqsədlərin ola biləcəyindən ehtiyatlanan hüquq-mühafizə orqanları “qanuni oğrunu” yaxalamaq üçün hərəkətə keçib.

Bu gün əldə etdiyimiz informasiyada isə bildirilir ki, hüquq-mühafizə orqanlarının axtarışları nəhayət ki, öz nəticəsini verib və Rövşən Lənkəranskini ələ keçirmək mümkün olub.
Belə ki, dünən xalq arasında «Milyonerlər məhlləsi» kimi tanınan («Gənclik» metrostansiyasının yaxınlığı-red) ərazidə reyd keçirilib. Məlumat üçün bildirək ki, həm Rövşən Lənkəranskinin, həm də onun gömrük polkovniki olan qardaşı Namiq Canıyevin evləri həmin ərazidədir.

AzNews.az-ı məlumatlandıran mənbənin sözlərinə görə, dünən günorta saatlarında Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları həmin ərazidə əməliyyat keçiriblər və Rövşən Lənkəranskini həbs etmək mümkün olub.

Əldə etdiyimiz informasiyada bildirilir ki, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Mirqafar Seyidov təxminən iki saat Rövşənlə öz kabinetində söhbət edib.

Daha sonra isə «yuxarı»dan kimsə rəisə zəng edib və bundan sonra polislər Rövşəni gətirdikləri kimi də geri qaytarıblar.