Rövşən Lənkəranskinin başına 5 milyon qoyuldu

rovsen-lenkeranskinin-basina-5-milyon-qoyuldu
Oxunma sayı: 673

Moskvada öldürülən məşhur avtoritet Aslan Usoyanın (Ded Xasan) ölümündə günahlandırılan azərbaycanlı Rövşən Canıyevi aradan götürən şəxsə 5 milyon dollar mükafat veriləcək. “Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, bu barədə hüquq mühafizə orqanlarındakı mənbə bildirib. Mənbənin sözlərinə görə, bu yaxınlarda Ded Xasana yaxın “qanuni oğru”ların “sxodka”sı baş tutub.

Görüşdə Dmitri Çanturiya (Miron), Temur Mirzoyev (Timur Sverdlovskiy), Vasili Xristoforov (Vasya Voskres), Qadi Kaloyan (Onik), Valkeri Farizov (Valera Kurd) və avtoritet Sadko iştirak edib. Onlar Rövşən Lənkəranskinin öldürülməsi üçün “büdcədən” 5 milyon dollar ayırmağı qərara alıblar.

Mənbə bildirib ki, Canıyevin ölüm xəbəri tam təsdiqini tapmadığı üçün həmin məbləğ hələ ödənilməyib. Belə ki, Türkiyədəki “qanuni oğrular” belə onun öldürülüb-öldürülməməsini tam dəqiqləşdirə bilməyiblər. Yerli hüquq mühafizə orqanları da məlumatı hələ təsdiqləməyiblər.