Rövşən Lənkəranskinin qətl xəbəri yayıldı - Şok + Fotolar

Rövşən Lənkəranskinin qətl xəbəri yayıldı
Oxunma sayı: 80530

Məşhur azərbaycanlı avtoritet Rövşən Lənkəranskinin qətlə yetirilməsi ilə bağlı redaksiyamıza xəbər daxil olub.

"Qafqazinfo"ya verilən məlumata görə, Lənkəranski bu gecə Türkiyədə qətlə yetirilib. Onunla bərabər sürücüsü də öldürülüb.

***

Hadisə haqqında Türkiyə mediası da məlumat yayıb. Məlumatda Lənkəranskinin vurulduğu qeyd olunsa da, ağır vəziyyətdə xəstəxanaya çatdırıldığı bildirilib. 

Faktla bağlı təfərrüatları əldə etməyə çalışırıq.

***

Qeyd edək ki, Lənkəranski Azərbaycan dövlət nömrə nişanlı avtomobildə olub. Maşının nömrəsi isə 90-ND-011-dir.

***

Yaxınlarının "Qafqazinfo"ya verdiyi məlumata görə, Lənkəranski çoxlu sayda güllə yarası alıb. Hazırda Rövşənin qardaşı da təcili Türkiyəyə gedib. 

Qeyd edək ki, son vaxtlar Rövşən Lənkəranskinin qətlə yetiriləcəyi ilə bağlı Rusiya mediasında xəbərlər yer alırdı. Ded Xasanın qətlini təşkil etməkdə ittiham olunan azərbaycanlı "vorzakon"un öldürülməsi ilə bağlı qərar çıxarıldığı da bildirilirdi. Onu da əlavə edək ki, bu qərar Ded Xasanın ölümündən sonra onun yerinə keçən Şakro Molodoy tərəfindən verilib. 

***

Əldə etdiyimiz məlumata görə, Rövşənin vurulduğu avtomobil Süleymanov Coşqun Hidayət oğlunun adınadır. 

***

Əlavə edək ki, Rövşən Lənkəranskinin (Canıyev) soyadı Türkiyə mediasında Əliyev kimi verilmişdi. AzNews.az-a daxil olan məlumata görə Lənkəranskinin Əliyev kimi göstərilən pasportu olub. Bu barədə 2013-cü ildə mətbuatda məlumatlar getmişdi. 











Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi