Rövşən Lənkəranskinin silahdaşı öldürüldü

rovsen-lenkeranskinin-silahdasi-olduruldu
Oxunma sayı: 631

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, bu barədə “Newsru.com” saytı məlumat yayıb. Sayt bu qruplaşmanın yanvarın 17-də Moskvada qətlə yetirilmiş nüfuzlu kriminal avtoritet Aslan Usoyanla (“Ded Xasan”) açıq münaqişə vəziyyətində olduğunu yazır: “Rövşən azərbaycanlı avtoritetləri öz rəhbərliyi altında birləşdirməyə çalışır, lakin onların bir çoxu Usoyanın klanına daxildir. Canıyev 2009-cu ildən “Ded Xasan”ın azərbaycanlı tərəfdarlarını Moskvanın topdansatış tərəvəz bazarından çıxarmağa cəhd edir. İki qruplaşma arasında gedən müharibədə artıq 20-dək qanqster öldürülüb, onların əksəriyyəti Rövşən Canıyevin klanının üzvləridir”.