Rövşən Qəmbərova 8 il 7 ay həbs verildi

rovsen-qemberova-8-il-7-ay-hebs-verildi
Oxunma sayı: 1699

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rövşən Qəmbərova hökm oxunub. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Mahmud Ağalarovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə 8 il 7 ay müddətinə azadlıqdan məhrum edilib. Zərərçəkmişlərin mülki iddiaları da təmin edilib.

Azadlıqda olduğu üçün R. Qəmbərov məhkəmə zalında həbs olunub. 

İttihama görə, R. Qəmbərov zərərçəkmiş Ceyhun Bayramovdan Birləşmiş Ərəb Əmirliklərindən "LG" markalı kondisioner alıb gətirib "Sədərək"  Ticarət Mərkəzində sataraq qazanc ilə birlikdə qaytaracağını vəd edərək ondan 115 min dollar alıb. 

Digər zərərçəkən Afiq Qafarovdan da eyni vədlə 54 min 987 manat alıb. 

R.Qəmbərov özünü təqsirli bilməyib və puli faizə aldığını, artıqlaması ilə qaytardığını deyib. 

R. Qəmbərov saxlanılmadan öncə axtarışda olub. Məhkəmənin qərarı ilə 5 aya yaxın həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb 

Murad Əhməd