Röya Anarı dostluqdan sildi

Röya Anarı dostluqdan sildi
Oxunma sayı: 4428

Röya stilist Anar Ağakişiyevlə işgüzar və dostluq münasibətlərinə son qoyub.

“Qafqazinfo” “Azxeber.com”a istinadən xəbər verir ki, buna səbəb ARB TV-də yayımlanan “Səhər səhər” verilişində Aygün Bəylərin Röyanın yaradıcılığını tənqid etməsi və stilistin buna səssiz qalması olub.

Verilişdə Aygün Bəylərlə birlikdə qonaq olan stilist deyilənlərə heç bir reaksiya verməyib. O, efir boyu Aygünün tənqidləri qarşısında Röyanı müdafiə etməyib. Sənətçi bu hadisədən sonra stilistlə dostluq münasibətlərinə son qoyaraq Anarı sosial şəbəkədə izləyici siyahısından da çıxarıb.

Xatırladaq ki, Anar Röya və Nigar qalmaqalında əməkdar artistin haqlı olduğunu bildirmişdi.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi