Röya aparıcı olacaq

roya-aparici-olacaq
Oxunma sayı: 1334

Milli.Az xəbər verir ki, iyunun 9-da Heydər Əliyev Sarayının səhnəsində baş tutacaq 16-cı “Qrand Müstəqil Milli-İctimai Mükafatı-2012”nin təqdimetmə mərasimində aparıcılıq edəcək məşhurların sırasına Röya Ayxanın da adı əlavə edilib. Mükafatın təsisçisi “V&V Company”nin rəhbərlərindən biri Valeri İlişayev oxucularımızı məlumatlandıraraq bildirdi ki, Röya qala gecəsinin aparıcıları - Murad Dadaşov, Nərgiz Cəlilova, Eldar Qasımov və Afaq Gəncəli ilə eyni səhnəni bölüşəcək. “Qrand-2012”-də Azərbaycanın tanınmış simaları, eləcə də bir neçə ulduz mükafata layiq görüləcəklər.