Röya Aygünü məhkəməyə verdi - Yenilənib

roya-aygunu-mehkemeye-verdi
Oxunma sayı: 8888

Əməkdar artist Röya Ayxan həmkarı Aygün Bəyləri məhkəməyə verib. “Qafqazinfo” xəbər verir ki, bu barədə sənətçinin vəkili Vamiq Şükürov primetime.az saytına açıqlamasında bildirib:

“Röya xanımın adından onun şərəf və ləyaqəti müdafiə olunması ilə əlaqədar olaraq məhkəməyə müraciət edilib”.

Qeyd edək ki, əməkdar artist Aygün Bəylər “Səhər-səhər” verilişində Röyanın sənətinin olmadığını bildirmişdi.

***

Aygün Bəylərin prodüseri Sultan Mustafayev məhkəmə xəbərinə münasibət bildirib. O, "Qafqazinfo"ya danışaraq Röyanın onları məhkəmə ilə hədələdiyini qeyd edib:

“Röya Ayxan yenə sənətdən kənar olduğunu sübut elədi. Röya mənə verdiyi sözə əməl etmədi. Canı sağ olsun. Ondan qorxan ona oxşasın. Əgər sən xanım-xatın biri idinsə, barışıq əli uzadardın. Deməli, sən həqiqətəndə sənətkar yox, sənətdən kənar insansan”.