Röya da Yıldız Tilbe üçün “39-lar”a qoşuldu

roya-da-yildiz-tilbe-ucun-39-lara-qosuldu
Oxunma sayı: 2655

Ötən gün Yıldız Tilbenin mahnılarından ibarət albom satışa çıxarılıb.  “Qafqazinfo” xəbər verir ki, “Yıldız Tilbenin Yıldızlı Şarkıları” adlı musiqi layihəsində Türkiyənin 39 məşhur siması yer alıb. 

İlk CD-də 20 nəfər, ikincidə isə 19 nəfər öz yerini tutub. Siyahıda Aleyna Tilki, Berkay, Demet Akalın, Deniz Seki, Kutsi, Linet, Mabel Matiz, Murat Dalkılıç, Edis, Ferhat Köçer kimi populyar simalar var. 

Albomda əməkdar artist Röya Ayxan da Yıldız Tilbenin mahnılarını ifa edən müğənnilər sırasında olub.  Röya sənətçinin 2002-ci ildə təqdim olunan “Ummadığım anda”nı ifa edib.  Sözügedən mahnı “Haberi olsun” albomuna daxil olan sayca ikinci bəstədir.  

Layihədə Röyadan başqa həmin musiqini türkiyəli ifaçı Koray Avcı da səsləndirib. 

Əməkdar artist instaqram səhifəsində ifa etdiyi mahnının bir hissəsini izləyiciləri ilə bölüşüb və belə şərh yazıb: “Heç bir uğuru pulla almaq olmur. Hər bir iş ona qarşı dürüstlük istəyir. Sıfırdan başlamaq, yenə əmək sərf etmək mənə xoşdur. Yıldız Tilbe dünyasında olmaq mənə qürur verir”.