“Röya deyir ki, Samir işləsə hamımız batarıq”

“Röya deyir ki, Samir işləsə hamımız batarıq”
Oxunma sayı: 2819

“Bəzi sənət dostlarımı müğənni olmamışdan qabaq da tanıyırdım. Mən, ümumiyyətlə, dostlarım üçün sevinirəm. Röya, Elnur, Natavan, hamısı mənə yaxındır. Ona görə ki, bu, belə olmalıdır. Mən niyə görə kiməsə paxıllıq etməliyəm”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Samir cavadzadə “Şou məkan” verilişinə açıqlamasında bildirib:

“O gün Röya deyir ki, Samir işləsə, biz hamımız bata bilərik. Heç vaxt düşünməmişəm ki, mən gəlim, o birisi yox olsun. Hətta hamıya deyirəm ki, studiyada nəsə olsa, mən həmişə kömək etməyə hazıram. Rəqabət yaxşıdır. Ancaq görüb götürmək, onun kimi etmək başqa şeydir. Bu paxıllıq deyil".

Samirin sözlərinə görə, onun üçün yeni layihə şansları yaransa da, müğənniyə amneə törədiblər:

"Bəzi təkliflər var. Çalışdılar ki, təklifləri yox etsinlər, mənə qarşı pislik etsinlər. Bunları gördüm. Mən heç kimin qapısını döyəsi deyiləm ki, gəlim mənə qulaq as. Bunu etməmişəm, etməyəcəm də. Bu sənət daxilimdə varsa, mən niyə gedib kiməsə yalvarmalıyam".

İfaçı qalmaqalla məhşurlaşanlardan da söz açıb:

“Belə məşhurluq mənə lazım deyil. Mən gələcəm, kimsə mənə söz atacaq, qalmaqal olacaq, şou xatirinə şou yaradaq. Bu mənim üçün maraqsızdır. Bunu edən insanlarda çox böyük kompleks var. Qorxurlar ki, gündəmdən itəcəklər, onları yaddan çıxaracaqlar. Qalmaqal populyarlığı başqadır. Layihələrlə gündəmdə qalmaq başqadır. Mən ikincisini seçirəm”.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi