Röya həbsindən danışdı

roya-hebsinden-danisdi
Oxunma sayı: 669

Milli.Az Day.Az-a istinadən bildirir ki, müğənninin sözlərinə görə, bu şayiələr o hələ təyyarədə olarkən yayılıb, ona görə də Amsterdamda təyyarədən enəndə çoxları təəccübləniblər:

«İndiyədək haqqımda danışılanların heç biri doğru deyil. Ailəmdə, işimdə hər şey əladır. Heç bir problemim yoxdur. Təəccüblüdür ki, hətta haqqımda belə şayiələr yayan adamlara da qəzəbim tutmur. Amma təəssüf ki, çoxları belə şayiələrə inanırlar. Uşaqlıqdan belə olub. Hətta ərim də zəng edib mənə dedi ki: «Bir yerdə rahat otura bilmirsən?» O da inanmışdı, məcbur oldum izah edəm ki, oteldəyəm. Hamı bilir ki, mən Bakıda maşın sürmürəm. Bunu Hollandiyada necə edə bilərəm? Bu şayiələri yayan adamlar yanımda olublar, odur ki, məni yaxşı tanıyırlar. Sağ olsunlar ki, məni daha güclü edirlər».