“Röya müzakirə olunmaq istəmir”

roya-muzakire-olunmaq-istemir
Oxunma sayı: 3044

“Hər şey İradə İbrahimovadan başladı. Fikrini bildirdi. O fikir bildirdisə, biz böyük hörmətlə Röyadan da fikrini ala bilərdik. İstəmədi və çox nəzakətlə, isti münasibətlə mənə səs göndərdi”.

“Qafqazinfo”  xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli “ATV maqazin onlarla” proqramına açıqlamasında bildirib. 

O, aylardır müzakirə olunan “qadağa” mövzusuna toxunub.  Afaq qeyd edib ki, Röya müzakirə olunmaq istəmir: 

“Röya dedi ki: “Salam Afaq. Səndən xahiş edirəm. Mən özümü maqazində görmək istəmirəm. Mənim nə yaxşımı, nə pisimi verməyin. Heç nə istəmirəm. Mən orada görsənməyim”. Mən də dedim ki, baş üstə. Ürəyin nə vaxt istəyir, nə vaxt zəng etdin, qapımı döydün fərqi yoxdur. De ki, Afaq, mənim bu işim var.

Qadağa nədir? Qadağa sənəd üzərində olur, vəkillər tərəfindən təsdiq edilən sənəddir. Bu qadağa fikrini yaradanlar arada olanlardır. Əkəndə yox, yeyəndə yox, biçəndə ortaq qardaş? Röya müzakirə olunmaq istəmir. Xumar Qədimova da, Faiq Ağayev də istəmir. Son zamanlar Tünzalə Ağayeva da istəmədi. Deyir istəmirəm, mən də hörmətlə yanaşıram. Bu o deməkdir ki, mənə qadağa qoydu?”.

Qeyd edək ki, bir müddət əvvəl Röyanın “ATV maqazin onlarla” proqramında “zapret”ə düşməsi barədə xəbər yayılmışdı.