Röya pulsuz konsert verəcək

roya-pulsuz-konsert-verecek
Oxunma sayı: 2022


“Qafqazinfo” nun SİA-a istinadən məlumatına görə, ifaçı yanvar ayının 29-30-31-də konsert proqramı ilə çıxış edəcək: “Konsertim yanvarın 29-30-31-də baş tutacaq. İlk gün bilet satışlarını ləğv etmişəm. Konsertə Azərbaycan uğrunda çalışan dövlət orqanlarının işçilərini, gəmiçiləri də dəvət edirəm. Həmin gün qeyrətli qızlarımız, oğullarımız üçün çıxış edəcəm. Bəlkə də mən anayam, oğlum var ona görə də bu cür fikirləşməliyəm”.

Qeyd edək ki, yeni il öncəsi Türkiyədən vətənə qayıdan Röya ayın 29-u Heydər Əliyev Sarayında baş tutacaq konsert proqramının biletlərini pulsuz paylayacaq.