“Röya qonorarımı vermədi”

roya-qonorarimi-vermedi
Oxunma sayı: 1501


“Qafqazinfo”nun məlumatına görə, müğənni bu haqda “Onlar” verilişində söhbət açıb:

““Biletini alma” mahnısının söz və musiqisi mənə məxsusdur, Aygün Kazımova ifa edib və artıq hitə çevrilib. Lakin heç kim məndən inciməsin xalq artistinin ifası məni qane etmədi və yenidən özüm ifa edib klip çəkdirəcəm. Divanın doğum günündə də hədiyyə olaraq bu mahnını oxudum, Aygün xanım gülə-gülə “mahnı olmamış” dedi. Ciddi və qeyri ciddi dedi bilmirəm, amma düşünürəm ki, zarafata deyib və mahnı olub”. 

Bəstəkar-müğənni eyni zamanda müğənni Röyanın ifa etdiyi “Gizli sevgi” mahnısını da ifa edəcək:

“Röyanın ifa etdiyi “Gizli sevgi” mahnısını da oxuyacam. Konsertində mahnını mən müşayiət edəcəkdim, Mustafa Ceceli ifa edəcəkdi, sonra isə səhnəyə Röya gələcəkdi. Vaxt məhdudiyyəti olduğu üçün konsertə gedə bilmədim və onlar da mənim adımı çəkmədilər. Mənə qonorar ödənməyib, ona görə də mən mahnını ifa edə bilərəm. Aygün Kazımova, Röya, Natavan gözəl ifaçılardı. Lakin artıq gənclər öz sözünü deyir, böyüklər səbr etsə, yaxşı olar”.