Röya sevənləri üçün pulundan da keçdi

roya-sevenleri-ucun-pulundan-da-kecdi
Oxunma sayı: 2044


 “Qafqazinfo”nun Axşam.az-a istinadən məlumatına görə, sənətçi Qəbələdə verəcəyi konsertində pərəstişkarlarını da görmək istəyib. 

Buna görə də müğənninin istəyi ilə yalnız Röya pərəstişkarları konsertə biletləri 30 manata əldə edə biləcəklər. 

İfaçı hətta onlar üçün xüsusi avtobus da təşkil edəcək. Beləcə, sevənləri konsertə aparılıb-gətiriləcək.

Qeyd edək ki, Röyanın solo konserti avqustun 10-da “Qafqaz sport hotel”də baş tutacaq. Konsertə biletlərin qiyməti 55-110 manat arasıdır.