“Qafqazinfo”nun məlumatına görə, “Buta Palace”da keçirilən, Röya və Rəhim Rəhimlinin düzənlədiyi konsert proqramında, xarici şou-biznes nümayəndələri də iştirak ediblər. Qonaqlar arasında 2012-ci ildə Rumıniyanın Eurovisiondakı təmsilçisi Mandinga, “Yeteneksizsiniz”in iştirakçısı Arəf Qafouri, oriyental Didəm, Ukraynadan isə Alexandrit Şou Balet qrupu da olub.
Qonaqların çıxışları tamaşaçıların ürəyincə olub.
Aynur B.