“Royalbank”dan xəbər var

royalbankdan-xeber-var
Oxunma sayı: 671

ANS PRESS-in fondun rəsmi saytına istinadla verdiyi məlumata görə, “Royalbank” ASC-də əmanətçilərin 98 faizi Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunur. 30 (otuz) min manata qədər əmanəti olan əmanətçilərin əmanətləri 100 faiz həcmində kompensasiya ediləcək.

Yaxın günlərdə kompensasiyaların ödəniş tarixi və yeri haqqında əlavə məlumat veriləcək.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyəti iyulun 12-də "Royal Bank"ın lisenziyasının ləğvi barədə qərar qəbul edib. "Lisenziya minimun səviyyə və ümumi kapitalın adekvatlığına tələblərə bank tərəfindən riayət edilməməsi, kreditorlar qarşısında öhdəliklərə əməl edilməməsi, idarəetmənin və cari fəaliyyətin etibarsız və prudensial qaydada həyata keçirilməsi, həmçinin Mərkəzi Bankın yazılı göstərişlərinə əməl edilməməsi ilə əlaqədar ləğv edilib" deyə, AMB-nin yaydığı məlumatda deyilib.