Röyanın Aygünə qarşı iddiasına baxıldı

royanin-aygune-qarsi-iddiasina-baxildi
Oxunma sayı: 3479

Bu gün Səbail rayon Məhkəməsində müğənni Röya Ayxanın həmkarı Aygün Bəylərə qarşı qaldırdığı  iddia üzrə məhkəmə prosesi keçirilib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Zaur Əliyevin icraatında olan prosesdə A.Bəylər və nümayəndəsi məhkəməyə gəlməyib. 

İclasında anket məlumatlar dəqiqləşdirilib.  Məhkəmənin növbəti iclası yaxın günlərdə təyin ediləcək. 

R. Ayxan A.Bəylərin “ARB” telekanalında onunla bağlı səsləndirdiyi fikirləri təkzib etməsi və mənəvi ziyana da görə 50 min manat təzminat ödəməsi tələb edilib. 

Qeyd edək ki, A.Bəylər ARB-də yayımlanan “Səhər-səhər” verilişində R. Ayxanın sənətinin olmadığını bildirib:

"Hansı sənətdən danışırsan? Məni əsəbiləşdirirsən. Röya hansı sənətlə gəlib? Röyakimilər çoxdu. Elə 80 faizi o gündədir. Mən sənətkaram. Onu xalqın qarşısında bu səviyyədə qaldırmaq ixtiyarın yoxdur. Qıraqdan gələn adam haqqında mənim yanımda sənətdən danışa bilməzsən".

Murad Əhməd