Röyanın dostunun ölüm xəbəri yalan çıxdı

royanin-dostunun-olum-xeberi-yalan-cixdi
Oxunma sayı: 635

Bnunla bağlı xəbəri bir daha dəqiqləşdirməkdən ötrü məlumatı bizə verən A.İsayevin yaxınları ilə əlaqə saxladıq. Məlum oldu ki, Azad həqiqətən da vəfat etməyib. Amma qəza məsələsi düzdür.

Qaldı ki, ölüm xəbərinin yayılmasına, bu, A.İsayev dünən xəstəxanaya yerləşdirilərkən, komaya düşməsi və həkimlərin açıq şəkildə ümidsiz danışmasından qaynağlanıb. Bu səbəbdən məsələdən agah olan şəxslər onun artıq öldüyünü düşünüb.

İş adamı hazırda xəstəxanada müalicəsini davam etdirir.

Qeyd edək ki, A.İsayev dünən axşam saatlarında şəxsi avtomobilini idarə edərkən qəza törədib və ağır bədən xəsarətləriylə xəstəxanaya yerləşdirilib./AzNews.az/