Röyanın səsi Türkiyədən gəldi - Video

Röyanın səsi Türkiyədən gəldi - <font color=red>Video</font>
Oxunma sayı: 96

ANS PRESS-in məlumatına görə, bu barədə müğənninin yeni istifadəyə verilmiş http://www.royaofficial.com/ rəsmi internet səhifəsində yazılıb.

Azərbaycanda müğənni, aktrisa və model olaraq böyük şan-şöhrət qazanan Röya, Türkiyədəki ilk albomunun hazırlıqlarını tamamlayıb. "Göndər" adlı bir mahnılıq sinql albomu ilə türk musiqisevərlərin qarşısına çıxacaq olan müğənni, bu albomda məşhur və peşəkar musiqiçilərlə çalışıb. Sınql ilə eyni adı daşıyan mahnısının sözü və musiqisi Soner Sarıkabadayıya aiddir. Musiqi parçasının akustik versiyasını Mustafa Ceceli, remix versiyasını isə Kaan Gökman hazırlayıb.

Bu günə qədər musiqi bazarına bir çox albom çıxaran və albomlarının yüksək satışına nail olan Röya, artıq yeni işlərini Türkiyədə hazırlamağı və buradakı musiqiseverlərlə görüşməyi hədəfləyir. Röya uzun müddət sürən hazırlıqlardan sonra gəldiyi Türkiyədə, türk dinləyicisi ilə güclü bir bağlantı yarada biləcəyinə inanır.

Qeyd edək ki, Röyanın rəsmi saytı ilə, "Facebook" və "Twitter" sosial şəbəkələr, eləcə də YouTube kanalında rəsmi səhifələri fəaliyyətə başlayıb. Hər 3 səhifədə müğənninin Türkiyədə fəaliyyətinə start verəcəyi “Göndər” klipinin anonslarını təqdim edilib.

Xatırladaq ki, Röya bu axşam Hollandiyada solo-konsert proqramı ilə çıxış edəcək.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi