Röyanın yaxın dostu həlak oldu

royanin-yaxin-dostu-helak-oldu
Oxunma sayı: 2870

AzNews.az-a daxil olan məlumata görə, müğənni Röya Ayxanın ifa etdiyi “Son görüş” mahnısının sözlərinin müəllifi, iş adamı Türkiyənin İstanbul şəhərində yaşayan Azad İsayev ağır yol qəzası nəticəsində ölüb.

Məlumata görə, A.İsayev dünən axşam saatlarında şəxsi avtomobilini idarə edərkən qəza törədib və ağır bədən xəsarətləriylə xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq, iş adamı həyatını itirib.
A.İsayevin son vaxtlar depressiyada olduğu və gərgin günlər yaşadığı bildirilib.

Araşdırmamız zamanı çox maraqlı bir fakt da üzə çıxıb. Belə ki, A.İsayev Röya Ayxanla yanaşı, Aygün Kazımovanın da dostu olub. Hər iki müğənni arasında yaşanan dəhşətli qalmaqalın səbəbkarının məhz elə A.İsayev olduğu bildirilir.

A.İsayevin ölümü ilə bağlı xəbəri dəqiqləşdirməyə çalışacağıq.

ANS PRESS-in məlumatına görə, Azad İsayev 2012-ci ilin iyul ayından Azərbaycanı bir dəfəlik tərk etmişdi. Populyar mahnıların söz müəllifi ailəsi ilə birlikdə İstanbulda yaşayırdı. Azərbaycanda olduğu kimi, İstanbulda da beynəlxalq yükdaşımalar şirkətində direktor vəzifəsində işləyib.

Vaxtilə Aygün Kazımova və Röya ilə möhkəm dostluq münasibətlərində olan iş adamı, Elnurun “Səni xatırladır”, Şeron qrupunun “Sevmirəm daha”, Zamiqin “Sonunu bilə-bilə”, Elçin Şirinin “Sən demə”, Röyanın “Sevgiyə bax”, “Son görüş” ,"Ağla" və digər mahnıların müəllifi olub.