Röyaya görə arvadından boşanır

royaya-gore-arvadindan-bosanir
Oxunma sayı: 955

Hazırda Türkiyədə yaşayan azərbaycanlı şair və iş adamı Azad İsayev uzun müddətdir maliyyə böhranıyla üz-üzə qalıb. Bu barədə “Qafqazinfo”ya Azad İsayev özü məlumat verib. O, bildirib ki, böhran zamanı bir çox insanlar ondan üz döndərib. Üz döndərənlər arasında həyat yoldaşı Leyla İsayeva da var.

O, həyat yoldaşının ondan ayrılmasına səbəb kimi müğənni Röya Ayxanla çəkdirdiyi şəklin Azərbaycan KİV-də yayılması olduğunu bildirib. İş adamının sözlərinə görə, həyat yoldaşının maddiyyat və bir şəkil üçün bu cür addım atması ona olan inamını və etibarlığını kölgədə qoyub:

“Həyat yoldaşım son məqamda qızım Mədinəni götürərək bir aya yanıma -İstanbula qayıdacağını dedi. Mən də onun sözlərinə inanırdım. Hazırda qızımla əlaqə saxlamaq üçün heç bir şərait yaradılmır. O, İstanbuldan Bakıya qayıdandan sonra “mən daha ora-sənin yanına qayıtmıram” fikrini söylədi və qızımla əlaqəni tamamilə kəsdi”.

A.İsayev onu da qeyd edib ki, həyat yoldaşının ailəsi də ona qarşı aqressiv mövqe tutub. Amma A.İsayev bütün bunlara baxmayaraq, qızı Mədinəylə əlaqə saxlamaqda israrlıdır:

“Bunun üçün son olaraq mən pis günümdə yanımda həyat yoldaşımı görmək istərdim. Təəssüf ki, onun mənə qarşı soyuq münasibəti boşanma ilə yekunlaşa bilər. Artıq bu qərara gəlmişəm ki, onunla yollarımızı tamamilə ayırım. Ümid edirəm ki, məhkəmə mənə qızım ilə görüşmək üçün həyat yoldaşımın valideyinlərindən fərqli olaraq, daha əlverişli şərait yarada bilər”.

İş adamı sonda maraqlı fikriylə müsahibəni yekunlaşdırdı: “Allah məni qızımsiz qoyanlara lənət eləsin”.

Qeyd edək ki, A.İsayev həyat yoldaşından boşanmaq üçün məhkəməyə müraciət edib.