Rusiyada təşkil olunan futbol üzrə dünya çempionatı çərçivəsində bu gün keçirilən Almaniya - İsveç matçının ən yaxşı oyunçusu müəyyənləşib.
“Qafqazinfo” xəbər verir ki, qarşılaşmanın ən yaxşısı Almaniya yığmasının yarımmüdafiəçisi Marko Roys seçilib. Bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Almaniya yığması bu oyunda 2:1 hesabıyla qalib gəlib. Komandasının qollarından birini isə Dortmund “Borussiya”sında top qovan Roys vurub.