Roza beynəlxalq festivala getdi

roza-beynelxalq-festivala-getdi
Oxunma sayı: 813


“Qafqazinfo”nun verdiyi məlumata görə, müğənni etnik, folklor, vokal sənəti festivalı olan “Vostocnıy bazar”ın münsiflər heyəti kürsüsündə oturacaq.

Festivalın açılışı bu gün Krımda, Qara dənizin cənub sahillərində baş tutacaq. Azərbaycanımızı festivalda gənc vokalçı Aqşin Abdullayev təmsil edəcək.

Qeyd edək ki, Roza Zərgərlinin artıq bir münsif təcrübəsi var. O, bu il Türkiyədə TÜRKSOY-un təşkilatcılığı ilə baş tutan "Silifke Musiqi Haftası” beynəlxalq festivalında münsif qismində çıxış edib.