Roza ilə Hüseyn dalaşdı, havada stəkan, alçalar uçuşdu - Video

roza-ile-huseyn-dalasdi-havada-stekan-alcalar-ucusdu
Oxunma sayı: 13138

"Maşın" şousunda finala qalan iştirakçılar - müğənni Roza Zərgərli ilə blogger Hüseyn Əzizoğlu arasında dava düşüb.

"Qafqazinfo" xəbər verir ki, Roza Hüseynə "Demişdin ki, sənə görə əlimi çəkərəm. Səni bura kimi mən gətirmişəm. Əlini maşından çək" deyib. Hüseyn isə cavabında "And içməmişdim, çəkmirəm əlimi. Ölənə kimi burada dayanacam" söyləyib. Daha sonra oyaq qalmaq üçün mahnı oxuyan blogger Zərgərlini hövsələdən çıxarıb. Hüseynə susmasını söyləyən Roza ona əvvəlcə stəkan atıb, daha sonra isə alça tullayıb. H.Əzizoğlu isə müğənninin davranışlarına baxmayaraq, yatmamaq üçün mahnı oxumağa davam edəcəyini deyib. 

Qeyd edək ki, “Maşın” realiti şousunun qalibi müğənni Roza Zərgərli olub. Qalib bu gün keçiriləcək final gecəsində açıqlanacaq.