Roza özünə ad günü keçirdi - Fotolar

roza-ozune-ad-gunu-kecirdi
Oxunma sayı: 8589

Ötən gün müğənni Roza Zərgərli özünə ad günü keçirib. “Qafqazinfo” xəbər verir ki, Bakının məşhur restoranlarının birində baş tutan gecəyə şou-biznes üzvləri də axın edib. 

Ad günündə xalq artistləri Canəli Əkbərov, Məleykə Əsədova, müğənnilər Zamiq Hüseynov, Elnarə Xəlilova, Ədalət Şükürov, Elnur Məmmədov və başqaları iştirak edib. Həmçinin Zərgərlinin oğlu Corc və qızı Bənövşə də məclisə qatılıb. 

Gecədə qalmaqallı xanəndə Canəli Əkbərovla Roza Zərgərlinin rəqs etməsi böyük marağa səbəb olub.  Bundan əlavə, sənətçinin özəl günündə həmkarları canlı ifalar ediblər. 

Ad günündən çəkilən fotoları təqdim edirik: