Rozanın oğlu əsgərlikdən qayıtdı - Video

rozanin-oglu-esgerlikden-qayitdi
Oxunma sayı: 4111

Müğənni Roza Zərgərlinin övladlığa götürdüyü oğlu Corc Qafarov hərbi xidməti başa vurub.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı ifaçı şəxsi İnstaqram səhifəsində paylaşım edib.

“Allah bütün əsgərləri qorusun. Balamın biri qayıtdı. Başımı uca etdin, övladım, çox sağol. İndi ikinci oğlumun əsgərlikdən gəlməyini gözləyirik”, deyə Roza Zərgərli bildirib.

Qeyd edək ki, müğənninin övladlığa götürdüyü digər oğlu Jerar Qafarov da hərbi xidmətdədir. Sənətçi bu günə kimi 3 uşaq övladlığa götürüb. O, təkcə Bənövşə adlı qızının bioloji anasıdır.