Rozanın oyunu ilə iki qadın “vuruldu” - Finalçılar bəlli oldu+ Video

rozanin-oyunu-ile-iki-qadin-vuruldu
Oxunma sayı: 12738

ATV-də yayımlanan “Maşın” realiti-şousunda daha bir gözlənilməz hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, səsverməyə çıxan reper Uran ilk öncə hədəfinin aktrisa Pərvin Abıyeva olduğunu açıqlayıb.

Səsvermə nəticəsində 56,51 faiz səs toplayan reper aparıcı Aytən Səfərovanı şoudan kənarlaşdırıb.

Pərvin Abıyeva isə müğənni Roza Zərgərlinin öncədən qurduğu plana əsasən ona olan dostluğunu sübut etmək üçün əlini “Maşın”dan çəkib. 

Beləliklə, “Maşın” uğrunda finalda 3 nəfər – Uran, Hüseyn Əzizoğlu və Roza Zərgərli mübarizə aparacaq.