RTÜK Acunu cəzalandırdı - “Allah baba” sözünə görə

rtuk-acunu-cezalandirdi
Oxunma sayı: 3994

Türkiyə Televiziya və Radio Şurası (RTÜK) TV 8-də yayımlanan “Yetenek Sizsiniz” yarışmasını cəzalandırıb. “Qafqazinfo” xəbər verir ki, kanal rəhbəri Acun Ilıcalı bu dəfə müsabiqədə ifa olunan “7 kocalı hürmüz” mahnısındakı “Allah baba” ifadəsinə görə cərimələnib. 

Proqramda iştirak edən qrup rəqs edərək mahnını oxuyublar. Bəstənin sözlərində Allaha “baba” sözünü əlavə edilərək deyilməsinə etiraz edilib. 

Qərarda deyilir ki, Allahın yanına əlavə olunan “baba” kəlməsi “Quran”da yox, yəhudi və xristianlarda istifadə edilir. Müsəlmanlar arasında müqəddəs hesab olunacaq şeylərə diqqət yetirilməli və həssas yanaşılmalıdır. 

Bu mahnının efirdə yayımlanması milli-dəyərlərin pozulması, ümumi əxlaqa və ailə dəyərlərinə zidd hesab edilib və TV 8-ə 1 milyon TL pul cəzasının verilməsi tələb edilib. 

Qeyd edək ki, bir müddət əvvəl RTÜK sözügedən yarışmada 7-11 yaş arası qız uşaqlarının geyimlərinə görə kanalı cəzalandırmışdı.