RTÜK-ün acığına qapalı geyindi

rtuk-un-acigina-qapali-geyindi
Oxunma sayı: 2962

Türkiyənin məşhur pop ulduzu Hadisə “Farkımız var” adlı yeni klipini təqdim edib. “Qafqazinfo” xəbər verir ki, sənətçi bu dəfə Televiziya və Radio Şurasına (RTÜK) etiraz olaraq qapalı geyimdə kamera qarşısına keçib. 

Hadisə ekran işində sona kimi üst geyimdə çəkilib və layihəyə başqa kişi modelləri cəlb etməyib. 

Qeyd edək ki, RTÜK sənətçinin “Sıfır Tolerans” adlı klipində açıq-saçıq səhnələrin olduğuna görə efirdə yayımına icazə verməmişdi. 

Hadisə isə “Klipimə vurulan bu damğanı heç zaman unutmayacam” deyərək şuraya etirazını bildirmişdi.