Rüfət Aslanlı: “Bu, bir qədər vaxt çəkəcək”

rufet-aslanli-bu-bir-qeder-vaxt-cekecek
Oxunma sayı: 699

“Qafqazinfo”nun məlumatına görə. Bunu jurnalistlərə açıqlamasında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı deyib. Komitə sədrinin sözlərinə görə, qanunvericilik bazasının formalaşması ötən ay tamamlanıb və maraqlanan tərəflər, həm şərq, həm qərb bazarlarından, həm də regionda fəaliyyət göstərən aktivləri idarə edən şirkətlər İnvestisiya Fondları ilə maraqlanırlar: “Onlar qanunvericiliyin tədqiqatı, bazarın araşdırılması ilə məşğuldurlar. Yəqin ki, bu, bir qədər vaxt çəkəcək. Amma qanunvericilik bazasının formalaşdırılmasının tamamlanması artıq mütəmadi olaraq müşahidə etdiyimiz marağı təkliflərə doğru transformasiya etməkdədir”.

Nigar Məmmədli