Rüfət Dadaşov Almaniyada poker etdi

rufet-dadasov-almaniyada-poker-etdi
Oxunma sayı: 4068

Almaniya üçüncü Bundesliqasında mübarizə aparan millimizin sabiq üzvü Rüfət Dadaşovun çıxış etdiyi "Proyssen" Federasiya Kubokunda "Şyüren" klubu ilə qarşılaşıb.

“Qafqazinfo” xəbər verir ki, Dadaşov 7:0 hesabı ilə qalib gəldikləri görüşdə poker edib.

Rüfət 35, 61, 71 və 80-ci dəqiqələrində rəqib qapısına yol tapıb. 

Qeyd edək ki, Rüfət cari mövsüm III Bundesliqada 1 qol vurub.