Rüfət həbsdə kitab yazır

rufet-hebsde-kitab-yazir
Oxunma sayı: 647

Zərdab rayon Prokurorluğunun həbsdə olan sabiq müstəntiqi Rüfət Səfərov vəkili ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Trend-ə R.Səfərovun vəkili Bəhruz Bayramov bildirib.

Vəkil qeyd edib ki, görüş zamanı o, R.Səfərovun saxlanma şəraiti və səhhəti ilə maraqlanıb. Sabiq müstəntiq saxlanma şəraiti və səhhətindən şikayət etməyib: "Səhhəti normaldır, şikayəti yoxdur. Rüfət əsasən mütaliə ilə məşğul olur, ərəb dilini öyrənir. Hazırda o, həmçinin kitab yazır, əsas fikrini kitab yazmağa cəmləyib. Boş vaxtlarında bədii ədəbiyyat da oxuyur".

Vəkil bildirib ki, R.Səfərov barəsində Şirvan Apellyasiya Məkməsinin qərarından verdiyi kassasiya şikayəti Ali Məhkəmədə hakim Gülzar Rzayevanın icraatına verilsə də, hələlik şikayətə baxılacaq vaxt müəyyənləşdirilməyib.