Rüfəti yad etdilər - Fotolar

rufeti-yad-etdiler-fotolar
Oxunma sayı: 682

“Qafqazinfo”nun məlumatına görə, mərhum reperin xatrirə gecəsində müğənnilərdən Roza Zərgərli, Yaşar, Cəmil Məmmədli reperlər Qurd və Uran teleaparıcılar Cavid Gül, Şəhriyar Əbilov və Rüfətin yaxın dostlarında qatılıblar.

Gecədə iştirak edən müğənnilər Rüfətin bəstələdiyi və aranjeman etdiyi mahnıları səsləndiriblər. Mərhumun özünü ifas etdiyi mahnılarda bir daha dostalır üçün səsləndirib.

Rüfətin doğum günü münasibəti ilə xatirə gecəsini təşkil edən “Klan-A-Plan”ın keçmiş üzvü Ramin Nabran dostu haqqında fikirlərinini də bizmlə bölüşüb: “Rüfət haqqında danışmaq mənə şox çətindir. Rüfət çox isdedadlı idi. Hələ 26 yaşındaydı, çox arzuları vardı... O, ürək xəstəliyində əziyyət çıkirdi və həkimlərin laqeydliyi ucbatında 2010-cu ildə dünyasını dəyişdi. Rüfət əsl vətənpərvər bir insan idi. Biz “Klan-A-Plan” qrupunu 2005-ci ildə yaratdıq, amma Rüfət qısa bir müddət ərzində gənclər arasında çox tanındı populyarlıq və hörmət qazanmdı. O, çox məhsuldar musiqiçi idi. Rüfət gözəl dost və şəxsiyyət idi. Heç vaxt onu unutmayacağıq, o, həmişə qəlbimizdə yaşayacaq”.

Qeyd edək ki, ziyalı ailəsində böyüyən Rufat Əfəndiyev Bakı Türk Liseyinin və Azərbaycan Dövlət Neft Akademiyasını məzunu olub. Gözlənilməz ölümdən sonra Rüfətin valideynləri onun həkimlərini məsuliyyətsizlikdə ittiham ediblər.

Xatırladaq ki, Rüfət səsyazma studiyasından çıxıb Milli Parkda dostu ilə birlikdə gəzərkən vəfat edib.

Aynur B.