Ruhani ABŞ və İsrailə qarşı sanksiyalar təklif etdi

ruhani-abs-ve-israile-qarsi-sanksiyalar-teklif-etdi
Oxunma sayı: 1042

İran prezidenti Həsən Ruhani ölkələri ABŞ və İsrailə siyasi, iqtisadi sanksiyalar tətbiq etməyə çağırıb.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, o, bu barədə İslam Əməkdaşlığı Təşkilatının (İƏT) İstanbuldakı sammitində bildirib:

“Müsəlman ölkələrinin, eləcə də digər dövlətlərin rəhbərlərini sionist rejimlə iqtisadi və ticari əlaqələri kəsməyə çağırırıq”.

Ruhani, həmçinin, Fələstindəki münaqişə ilə bağlı BMT Baş Assambleyasının xüsusi iclas keçirməli olduğunu bildirib.

Nuranə