Ruhani bəyan etdi

Ruhani bəyan etdi
Oxunma sayı: 10620

İran prezidenti Həsən Ruhani etirazların fonunda ölkədə iqtisadi problemlərin həlli üçün səylərini artıracağını deyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə yerli “Fars” agentliyi məlumat yayıb.

Ölkə başçısı hökumətin iqtisadi problemləri, havanın çirklənməsi, inflyasiya və işsizlik məsələlərini həll etmək üçün səylərini ikiqat artıracağını bildirib.

Qeyd edək ki, dekabrın 28-də başlayaraq İranın iri şəhərlərində, o cümlədən Tehran, İsfahan, Məşhəd və Rəştdə kütləvi aksiyalar keçirilir. Hökumət etirazlar zamanı Dorud şəhərində 2 nəfərin öldüyünü bildirib.

“Associated Press” agentliyi isə nümayişlər zamanı 12 nəfərin həlak olduğunu vurğulayıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi