Ruhani Əsədə zəng etdi - “Yanındayam”

Ruhani Əsədə zəng etdi
Oxunma sayı: 2435

ABŞ, İngiltərə və Fransanın Dəməşqə hava hücumundan sonra İran və Suriya prezidentləri Həsən Ruhani ilə Bəşər Əsəd arasında telefon danışığı olub.

“Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi məlumata görə, Ruhani İranın Suriyada Əsəd rejimini dəstəklədiyini bildirmək üçün həmkarına zəng etdiyini bildirib.

“Əsədə zəng edərək yanında olduğumuzun mesajını verdim”, - deyə İran lideri söyləyib.

B. Əsəd isə Ruhaniyə bildirib ki, Qərb artıq nəzarəti itirdiyinə görə hücumu həyata keçirib:

“ABŞ, Britaniya və Fransanın raket zərbələri mübarizənin davam etdirilməsi və ölkənin hər qarışında terrorizmə qarşı mübarizədə Suriya xalqının qətiyyətini artıracaq”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi