Ruhani haqda yazılmış kitab aləmi bir-birinə qatdı

ruhani-haqda-yazilmis-kitab-alemi-bir-birine-qatdi
Oxunma sayı: 2292

İranda prezident Həsən Ruhani əleyhinə internetdə yayımlanan kitab böyük səs-küy yaradıb.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, mühafizəkarlığı ilə tanınan Kamran Qəzənfəri adlı yazıçı tərəfindən qələmə alınan "Bir baxışda Həsən Ruhani" elektron kitabının çapına Mədəniyyət Nazirliyi tərəfindən icazə verilməyib. Kitabda Ruhani "Şah rejimində İranın kəşfiyyat təşkilatı SAVAK-la işbirliyi etmək və ABŞ adına İslam Cümhuriyyətini aradan qaldırmağa çalışmaq"da ittiham olunub.

Dövlətə məxsus "İran qəzeti"ndə iddialar "əsassız" adlandırılıb.