Ruhani prezident seçkilərində liderlik edir

ruhani-prezident-seckilerinde-liderlik-edir
Oxunma sayı: 637

İranın hazırki prezidenti Həsən Ruhani ölkədə keçirilən prezident seçkilərində bu saata olan nəticələrinə görə, qalibdir.

“Qafqazinfo” xəbər verir ki, hesablanan 25,9 milyon bülletenlərin nəticəsinə görə, Ruhani 14,6 milyon səs toplayıb. 

Hazırki prezidenti 10,1 milyon səslə ayətullah İbrahim Rəisi müşayiət edir. 

Mühafizəkarların namizədi Mustafa Ağa Mirsalim ilkin hesablamalara görə 297,2 min səs, keçmiş vitse-prezident Mustafa Haşimi-Taba isə 139,3 min səs toplayıb. 

Xatırladaq ki, İranda seçki məntəqələri ötən gün açılıb. Ölkədə 56 milyon insan səsvermə hüququna sahibdir.