Ruhani sabah Türkiyəyə gedir

ruhani-sabah-turkiyeye-gedir
Oxunma sayı: 806

İran prezidenti Həsən Ruhani sabah Türkiyəyə səfərə gedir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İran prezidentinin mətbuat xidməti məlumat yayıb. İki gün davam edəcək səfərdə ikitərəfli əlaqələr və iqtisadi sazişlərin imzalanması müzakirə olunacaq. 

Türkiyə mediası Ruhaninin Ərdoğanın Suriyadakı terror təşkilatlarına yönələn əməliyyat keçirilməsinə dair açıqlamasından sonra səfər etməsinə diqqət çəkib. Belə ki, Ərdoğanın bu mesajından sonra İran tərəfi açıqlama yayaraq əməliyyatın Suriya dövlətindən izn alındıqdan sonra keçirilməli olduğunu bəyan etmişdi.