Ruhani Trampın açıqlamasına cavab verdi

ruhani-trampin-aciqlamasina-cavab-verdi
Oxunma sayı: 1349

Hər hansı bir ölkənin lideri BMT-nin dəstəklədiyi beynəlxalq sazişi ləğv edə bilməz.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani ABŞ prezidenti Donald Trampın çıxışını şərh edərkən söyləyib.

"Bu, çoxtərəfli beynəlxalq saziş BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Bu BMT-nin sənədidir. Mümkündürmü ki, bir prezident mühüm beynəlxalq sazişi təktərəfli qaydada ləğv edə bilsin? Görünür ki, onun işlərdən xəbəri yoxdur",-deyə Ruhani bildirib.

Ruhani ölkəsinin milli maraqlarına zərər dəyəcəyi təqdirdə İranın cavab verəcəyini qeyd edib.